05 Fevral 2025
Ölkə futbolu

AZAL klubu qonaqlıq verdi

Dekabrın 21-də keçiriləcək “Xəzər-Lənkaran” – AZAL oyunundan sonra istirahətə yollanacaq AZAL PFK-nın fubolçu və məşqçi heyəti rəhbərliklə görüşüb. Daha doğrusu qeyri-rəsmi xarakter daşıyan bu görüşdə komanda üzvlərinə bayram ziyafəti verilib. Tədbirdə Fikrət Hüseynov klub rəhbərliyi adından bütün futbolçuları, məşqçiləri təbrik edib:”Baş məşqçi Tərlan Əhmədov istəyinə əsasən sizinlə görüşüb, bayramlaşmagı özümüzə borc bildik. “Xəzər-Lənkəran”la oyundan sonra hamı istirahətə yollanacaq. Ona görə də indidən sizlərlə bayramlaşmağı özümüzə borc bildirk. Hamınızın Yeni İlini təbrik edir və ugurlar arzulayırıq.”

Qeyd edə ki,  AZAL-ın kollektivi “Qala Bazar” restoranında   bir araya gəlib. Onu da deyək ki, bu  tədbirdə həmçinin bu gün ad gününü qeyd edən komandanın mətbuat xidmətinin əməkdaşı Elvin Yaqubov da təbrik edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43