İdman

AZAL – “Qarabağ” oyununun baş hakimi İdmanxeber.com-a danışdı: “Ona dedim ki, Tounkaranı başa sal”

Xəbər verdiyimiz kimi bu gün Premyer Liqanın 16-cı turu çərçivəsində AZAL "Qarabağ"la qarşılaşıb və məğlub olub – 1:2. Sözügedən matçın baş hakimi Orxan Məmmədov AZAL 1:0 öndə olarkən Tounkaranı meydandan qovması narazılığa səbəb olub. Hətta verilmiş bu qərarın "Qarabağ" lehinə ölçüldüyü də bildirilir. 

Həmin oyunun baş hakimi Orxan Məmmədov isə afrikalı futbolçunun cəzalanmasına səbəb kimi elə onun özünü göstərib. Orxan Məmmədov İdmanxeber.com-a müsahibəsində həmin epizodla bağlı danışıb: 

– Tounkaraya ilk sarı vərəqəni göstərməyinizə səbəb nə oldu?

 İlk öncə onu deyim ki, AZAL məğlub olmasaydı heç kim bu qırmızı vərəqədən danışmazdı. Hamı qırmızı vərəqənin haqsız yerə verildiyini deyir. Mənim səhv etdiyim oyunlar da olub. Səhvimi bilmişəm, susmuşam. Ancaq düz qərar verdikdə də ağzına gələni danışırlar. Sosial şəbəkələrdə nə gəldi yazırlar. Ona görə susmaq istəmirəm. İlk sarını niyə verdiyimi deyim, bilsinlər. Sadio adi oyun epizodunda yerdə qalır. Yaxınlaşıb ona deyirəm ki, "dura bilirsən dur, vaxt aparma". Mənə "yox, həkim çağır" dedi. Mən də həkimləri çağırdım. Qırağdan onu izləyirəm… Mənə baxaraq, yerdə ola-ola ingiliscə üstümə qışqırır – "gəl bax, gəl bax". Mən ingilis dilini yaşxı bilirəm. Mən də ona dedim ki, "sənə mən yox, həkimin baxmalıdı". Gördü gəlmədim, başladı "fuck come", "look come" deməyə… Kim olur-olsun, fərq etməz, meydanda sarısını verəcəyəm. İki dəfə deyəndə fikir vermədim. Ancaq 3-cü də bu formada deməyi məni əsəbləşdirdi. Onun həddini aşması sarı almasına səbəb oldu.

– Bəs ikinci sarı vərəqə epizodu necə? Sanki Şehiçə toxunuş olmadığı kimi görünür…

Bəziləri tribunadan, bəziləri videodan baxır deyir ki, orada sarı yox idi. Sadionun ayağına diqqətlə baxsınlar. Mən onların təkrar baxdığı epizodu bir dəfə görüb, bir dəfə qərar verirəm. Diqqətlə baxdıqda görünür ki, Sadionun sağ ayağı Şehiçə dəyir. Toxunuş topa yox, qapıçıyadı.

Birinci sarı vərəqədən sonra Sadio yenə kobud oynamağa başladı. Mən AZAL-ın kapitanı Emin Cəfəruliyevə dəfərlərlə dedim ki, onu sakitləşdir. Emin də oyunun gedişində Sadioya xəbərdarlıq etdi. Mən Eminə dedim ki, "Tounkaranı başa salıram, ancaq o, başa düşmür. İkinci sarını alacaq və komandanızı pis vəziyyətdə qoyacaq". Sadio buna məhəl qoymadı və nəticədə ikinci sarı vərəqəni aldı.

O, görür ki, qapıçı topu tutur, yenə onun üzərinə qaçır. Ona dedim ki, Topunkaranı başa sal".

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43