Topaz Premyer Liqasının 6-cı turuna AZAL – “Qəbələ” oyunu ilə yekun vuruldu. İkinci hissədə azlıqda qalmasında baxmayaraq, “Qəbələ” növbəti 3 xalı aktivinə yazdı – 2:1.
İdmanxeber.com sizi oyunsonrası məşqçi fikirləri ilə tanış edir.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Hər iki komanda üçün vacib oyun idi. Bizim üçün həlledici oyun idi. “Qəbələ” elə komanda deyil ki, AZAL-a onu 6 xal qabaqlamağa imkan versin. Çempionatdakı fasilə zamanı daha çox standart vəziyyətlər üzərində çalışmışdıq. Rəqibin hücum xətti çox güclüdür, hətta azlıqda qalandan sonra da biz bundan istifadə edə bilmədik. Erkən qol vurub, qapımızda iki top gördük. Artıq “Xəzər Lənkəran”la oyuna hazırlaşacağıq”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Fasilədən sonra əksər hallarda oyunlar çətin olur. Rəqibimiz yaxşı komandadır, hücumdan müdafiəyə və əksinə çox sürətlə keçirlər. Qələbə qazandığımız üçün şadam”.