Bu gün və sabah Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
XX tur Qəbələdə start götürəcək. Burada "Qəbələ" AZAL-ı qonaq edəcək. Turun digər görüşündə isə "Neftçi" "Simurq"la münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, bu tur “Sumqayıt” istirahət edəcək.
Azərbaycan Premyer Liqası
XX tur
06 fevral (cümə)
16:00. “Neftçi” – “Simurq” 0:0
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məlik Həsənov
İlk 2 dövrədəki oyunlar: 2:1, 0:1
“Bakcell Arena”
14:00. “Qəbələ” – AZAL 0:1
Qol: Rəşad Abdullayev 90+ (pen)
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
İlk 2 dövrədəki oyunlar: 1:2, 3:3
Qəbələ şəhər stadionu