Premyer Liqa

AZAL son dəqiqə qolu ilə 3 xal qazandı- YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bugün daha bir matç baş tutacaq.

Çempionluqa iddialı  "Neftçi" Şüvəlanda AZAL-ın qonağı olacaq. Qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqada 19-cu tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.

31 yanvar

Premyer Liqa, 19-cu tur

15:00. AZAL – “Neftçi” 2:1
Qollar: Freddi Mombonqo, 26 (1:0), Nikolas Kanales, 68-pen (1:1), Freddi Mombonqo, 90+2 (2:1)

Bakı. “AZAL Arena”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43