Topaz Premyer Liqasının 20-ci turunda AZAL doğma meydanda “Sumqayıt”la qarşılaşdı. Oyun ərzində AZAL iki dəfə hesabda irəli çıxsa da, “gənclər şəhəri”nin təmsilçiləri əzmkar oyunla çətin səfər oyununda 1 xal qazanmağı bacardı – 2:2.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Oyunun çətin olacağını bilirdik. 11 nəfər 14 nəfərə qarşı oynaya bilməz. Nəticədən narazı qaldım. Oyunumuzdakı çatışmazlıqları aradan qaldırmalıyıq”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Komandanın göstərdiyi oyun məni qane etsə də, nəticədən narazı qaldım. Qələbə qazanmaq üçün oynayırdıq. Qapımıza vurulan qollarda səhvlərimiz oldu. Buna baxmyaraq, komanda qalib gəlmək üçün əlindən gələni etdi”.