Premyer Liqa

AZAL “Sumqayıt”ı məğlub etdi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.

AZAL öz meydanında “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Son 2 mövsümün hərəsində 4 dəfə üz-üzə gələn komandalar 9-cu dəfə qarşılaşır. Təyyarəçilər son 4 oyunda rəqibinə uduzmayıb. AZAL bu komandaya üç dəfə qalib gəldiyi halda, iki dəfə məğlub olub. Daha üç görüşdə isə sülh qeydə alınıb.

“Sumqayıt” ötən mövsüm qalib gələ bilmədiyi bakılılarla dueldə uğursuz gedişata son qoymağa çalışacaq. Son turda “Qəbələ” üzərində qələbə komandaya stimul verə bilər.  Amma AZAL da “İnter” üzərindəki səfər qələbəsindən sonra autsayderlə dueldə xal itirməyi düşünmür.

 

Azərbaycan Premyer Liqası

4-cü tur

23 avqust


19:00. AZAL – “Sumqayıt” – 1:0
Qol: Con Oliremi, 45+2 (1:0)
Qırmızı vərəqələr: Kərim Diniyev, 55 ("Sumqayıt"), Məhəmməd Mirzəbəyov, 73 ("Sumqayıt")
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev
“AZAL Arena” stadionu.

AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Jose Junior Ailton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskars Klava, 17. Viktor İqbekoyi, 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə, 32. Vladimir Boqdanoviç

Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 23. Tural Nərimanov, 5. Murad Ağayev, 7. Cavid Tağıyev, 28. Emin Cəfərquliyev, 16. Freddi Borq

“Sumqayıt”: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 5. Kərim Diniyev, 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov

Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov, 11. Ruslan Nəsirli, 22. Zaur Həşimov, 77. Mirzağa Hüseynpur, 2. Bəxtiyar Həsənalızadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43