Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür.
İdmanxeber.com-un məlumatına görə, AZAL “AZAL Arena”da yenilənmiş “Xəzər Lənkəran”ı qonaq edəcək.
Avqustun 7-də keçiriləcək və saat 20:00-da baş tutacaq oyunu “İdman Azərbaycan” kanalı ekranlara daşıyacaq.
Bundan əlavə “İnter” – “Qəbələ” oyununu da azarkeşlər canlı yayımla izləyə bilərlər. “Şəfa” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq qarşılaşma da “İdman Azərbaycan”ın canlı yayımında olacaq.
Artıq sözügedən oyunlar “İdman Azərbaycan” telekanalının proqramına salınıb.