AZAL 7 futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər” yerlilərdən Adil Nağıyev, Asif Mirili, Tural Nərimanov və Orxan Səfiyaroğlu komandadan göndərib. Əcnəbilərdən isə Tomi Kostadinov, Luis Ramos və Con Kordoba yola salınıb.
Qarşıdakı günlərdə bu islahatların davam edəcəyi istisna olunmur.