İngiltərənin "Barnsli" komandasının azarkeşi "Oukvel" stadionunun tualetində 7 saat yatıb.
İdmanxeber.com-un məlumatına görə, Yorkşir komandasının fanatı "Flitvud"la (0:1) oyundan əvvəl çoxlu pivə içib.
Tualetə gedərək onu yuxu tutub və kabinədə yatıb.
Ayılarkən o, həyacan siqnalından istifadə etmək məcburiyyətində qalıb. Belə ki, o, ayaqqabısını, papağını və mobil telefonunu itirib.