I Divizionun XXIV turunda MOİK – “Sumqayıt-2” ilə qarşılaşır.
İdmanxeber.az futbolpress.az-a istinadan xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən matçın sonlarına yaxın tribunada insident yaşanıb. Polislər MOİK azarkeşini tribunadan uzaqlaşdırıb. Buna onun “səs-küy salması” səbəb göstərilib. Azarkeş öncə tribunanı tərk etmək istəməsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onu buna məcbur edib.