15 Avqust 2022
Kateqoriyasız

Azarkeşlər dayanmaq bilmir: “İstefa reallaşana kimi “istefa”

AVRO-2020 qrup oyunlarında bu günə kimi keçirdiyi oyunların hamısında məğlub olan Azərbaycan milli komandasının Xorvatiya ilə oyununa maraq azdı.

İdmanxeber.az-ın məlumatına görə, 11.000 tamaşaçı tutumuna malik “Bakcell Arena”nın axşamkı oyunda dolmayacağı bildirilir. Azarkeşlərin oyuna belə laqeyd yanaşmasının səbəbi bərbad idarəçilik və bunun fonunda gələn nəticələrdi. Buna görə də, bir müddətdi azarkeşlər AFFA rəhbərliyini istefaya səsləyir. Bugünkü oyunda da bu halın yenidən təkrarlanacağı istisna edilmir.

Artıq ötən gündən sosial şəbəkələrdə azarkeşlər oyunun gedişində AFFA rəhbərliyini istefaya səsləyəcəklərini bildirirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Neftçi” – “Qalatasaray” matçına hakim təyinatları açıqlandı

admin

“Səbail”də daha 4 yeni müqavilə

admin

AFFA Riad Rəfiyevə xəbərdarlıq etdi!

admin