27 Sentyabr 2022
Kateqoriyasız

“Azarkeşlərin məni istefaya çağırması normaldır” – Yaşar Vahabzadə

Misli Premyer Liqasında II turun “Neftçi” – “Kəpəz” oyunundan (5:2) sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Bilirdik ki, çətin oyun olacaq. 12-ci dəqiqədən 16-cı dəqiqəyə qədər 3 top buraxdıq. Buna qədər normal oynayırdıq. Sonra bir qədər çətinlik oldu. Fasilədən sonra oyunda dönüş yaratmaq istədik. Hücumda nəsə alındı. Müdafiədə səhvlər oldu. Onların ucbatından məğlub olduq.

– Komandanızın oynadığı futbolun nə olduğu anlaşılmadı…
– Oyunumuzu müdafiədən qururduq. Əks-hücumlarda şans axtarırdıq. “Neftçi” topla yaxşı oynayan komandadır. Onlarla açıq oynamaq çətin olardı.

– Azarkeşlər əvvəldən sona qədər sizi istefaya səslədi…
– Əlbəttə, eşidirdim. Azarkeşlərin məni istefaya səsləməsi normaldır.

– İlk qoldan sonra komandada psixoloji gərginlik yarandı və ardıcıl toplar buraxdız. Qısa zaman ərzində 3 top buraxmağı nə ilə izah edə bilərsiz?
– Psixoloji gərginlik oldu. Standart vəziyyətdən top buraxdıq. Toparlanmağa çalışsalar da, alınmadı.

– Abdullahi Şuaybu start heyətdə meydana çıxsaydı, komanda ilk yarıda daha yaxşı çıxış edə bilərdimi?
– “Zirə” ilə matçdakı heyətə güvənmişdik. Hesab edirdik ki, həmin oyunda normal çıxış etmişdik. Ona görə də belə başladıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” – “Nant”: hakimlər açıqlandı

admin

“Biz demirik ki, bunu edəcəksiniz” – Əmrah Çelikel

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin