23 Oktyabr 2024
Ölkə futbolu

Azarkeşlərə kənar əşya atan futbolçular cəzalandı

I Liqada çıxış edən “İmişli” klubunun iki futbolçusu azarkeşlərə kənar əşya atdığı üçün iki oyunluq cəzalanıb.

İdmabxeber.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

İdris İnqilablı və Bahadur Həziyev V turda “Karvan”la matçda fanatlara kənar əşya atıblar.

“İmişli” onların bu hərəkətinə görə 400 manat (hərəsi 200) cərimə olunub.

Qeyd edək ki, qarşılaşma “Karvan”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43