“Milli dəstə” azarkeş qrupu Azərbaycan millisinin Estoniya ilə görüşünü (1:3) sona qədər izləmədən stadionu tərk edib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə azarkeş qrupunun feysbuk səhifəsindən açıqlama verilib. Açıqlamada “Millinin Estoniya ilə utancverici oyunu və hesaba etiraz əlaməti olaraq matçın 80-ci dəqiqəsində tribunanı tərk etdik” – deyə, bildirilib.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı 3 oyunda da məğlub olub.