Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
26 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);
26 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XX turun “Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə “Qarabağ” klubu 2000 manat cərimə edilir (maddə 73.3);