Kateqoriyasız

Azarkeşləri “Qəbələ” və “Səbail”i ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 14-cü turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verib.

Topaz Premyer Liqasının 14-cü turunun “Sabah” – “Keşlə” matçında “Sabah” klubunun 4, “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.

“Səbail” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 55-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43