27 Dekabr 2024
Kateqoriyasız

“Azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq” – Miçel

“Mənim üçün özəl oyundur. Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdir. Turnir boyunca bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel  Avropa Liqasının qrup mərhələsində  “Sevilya” ilə matçdan öncə keçirilən mətbuat konfrasında deyib.

O, “Sevilya”ya qarşı oynamağın xoş olduğunu bildirib.  Miçel daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– “Qarabağ”da üç ispan futbolçu var. Aranızda bu oyunla bağlı danışmısınızmı?

– Üç gün əvvəl çempionat matçımız var idi, oyuna köklənmişdik. Bu gün bazada olacağıq, bu barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq.

– Vaxtilə “Sevilya”ya qarşı bir neçə dəfə oynamısınız. Bu komanda ilə hansı oyun sizin üçün xüsusi yaddaqalandır?

– Bu, illər öncə olub. “Sportinq Xixon” və “Xetafe”də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəlmişik, həm də uduzmuşuq. Çempionlar Liqasında oynamağa can atan komandadır.

– “Sevilya”nın texniki heyətindən və ya futbolçularından tanıdığınız kimsə varmı?

– “Xetafe”də birgə oynadığım Serxio Eskudero var. Hələ ki, onunla görüşməmişəm. Yəqin ki, sabah belə bir imkanım olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43