Kateqoriyasız

Azarkeşlərin hücumundan sonra Mahir Emrelinin başı şişib

Azarkeşlərin hücumundan sonra Mahir Emreli başından xəsarət alıb.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsinin olub-olmadığını yoxlamaq üçün həkim müayinəsindən keçib.

Müayinədə Mahirin başında şiş əmələ gəldiyi ortaya çıxıb. 24 yaşlı hücumçunun hadisədən sonra başında ağrılar olub.

Mahir Emreli ağrılar səbəbindən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün “Zaqlembe” ilə matçda oynamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43