Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İclasda Topaz Premyer Liqanın 19-cu turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.
XIX turun “Neftçi” – “Simurq” matçının 61-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadəsi olunduğu üçün klub 1000 manat cərimə olunub.
“İnter” – AZAL matçında AFFA nüməyəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibi klub 1000 manat cərimələnib.(AFFA)