AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qarabağ”ın fanatları “Rəvan”la oyunun 54-cü dəqiqəsində meydançaya kənar əşya atdıqları üçün Ağdam təmsilçisi 2000 manat cərimə olunub. Komitə üzvləri əvəzedicilərin çempionatının VI turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verib.
“Simurq” isə “Sumqayıt”la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə edilib.
“Rəvan”la oyunun matçının 57-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Təmkin Xəlilzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərqə alıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalandırılıb, klub 100 manat cərimə olunub.