"Qarabağ"dan Vüqar Nadirovun uzaqlaşdırılması ağdamlı azarkeşlərin hiddətinə səbəb olub.
İdmanxeber.com-un məlumatına görə, "köhlən atlar"ın fanatları sosial şəbəkələrdə rəhbərliyin bu qərarını sərt etirazla qarşılayaraq, öz mövqeylərini ortaya qoymuşdular. Hətta bəzi azarkeşlər ağdamlının Ağdam klubundan məcbur edilərək uzaqlaşdırılmasına qarşılıq komandanın oyunlarını boykot etməsinin də şahidi olduq.
"Qarabağ"ın ən böyük azad azarkeş qrupu olan "İmarət" də bu məsələyə biganə qalmadı. "İmarət"in idarə heyərinin üzvü Elnur Quliyev saytımıza açıqlamasında V.Nadirovun komandadan göndərilməsinə belə münasibət bildirib:
"V.Nadirovun göndərilməsi xəbərini eşidincə klubun mətbuat xidmətinə fikirlərimizi bildirmişik. Ancaq onlar üçün azarkeş fikri önəmli deyil. Klubda çalışan türklər Ağdamı və ağdamlıları sevmir. Klubun direktoru Əmrah Çəlikəl onsuz da bizim fikirləri nəzərə almır. Əvəzində digər azarkeş qrupları yaratmağa və dəstəkləməyə üstünlük verir. Səmimi danışsaq "Qarabağ"a "Azərsun"un pulu lazımdı, idarəçiliyi yox. Vüqarın göndərilməsinə baxmayaraq komandamızın oyunlarını boykot etməyəcəyik. Ancaq bugünə kimi onların verdiyi qərarlara yaıxn dururduqsa, bu dəfə belə olmayacaq".