“Qarabağ” futbol klubunun “facebook”dakı rəsmi səhifəsində bir neçə saat bundan öncə etdiyi paylaşım ağdamlı azarkeşlərin qəzəbinə səbəb olub.
İdmanxeber.com-un məlumatına görə, Fransada baş vermiş məlum terror hadisəsi ilə bağlı “Başın sağ olsun Fransa” başlığı altında foto paylaşıb. Bu məqam isə yerli azarkeşləri narahat etməyə başlayıb. “Qarabağ” azarkeşləri klubun bu mövqeyini pisləyərək paylaşımın silinməsini tələb edir.
Qeyd edək ki, bu paylaşımla bağlı Təbrizin “Traxtor” klubunun səhifəsi də sərt mövqe ilə çıxış edib.