05 Fevral 2025
Kateqoriyasız

Azarkeşləri “Xəzər Lənkəran”ı ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə,İK Azərbaycan Premyer Liqasının 11-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XI turunun “Rəvan” – “Xəzər Lənkrəran” matçında 80-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43