23 Oktyabr 2024
Kateqoriyasız

Azarkeşlərin “səbr kasası”nı daşıran Syominin oyunsonrası söylədiyi söz: “…səbr etmək lazımdı”

Premyer Liqanın 27-ci turu çərçivəsində “Qəbələ” öz meydanında gözlənilmədən “İnter”ə böyükhesabla yenilib.

İdmanxeber.com-un  məlumatına görə, əyalət klubunun baş məşqçisi Yuri Syomin “bankirlər”ə məğlubiyyəti belə şərh edib:

“Nəticə qanunauyğundur, “İnter” bu gün bizdən üstün oynadı. Bunun  səbəblərindən biri əsas heyətdən bir neçə müdafiəçinin olmamasıdır. Bu dəfə rəqibə qarşı müdafiədə etibarlı oynaya bilmədik. Bundan əlavə “İnter” kubok oyunundan sonra fiziki baxımdan bizdən daha güclü oldu. Levinin daha öncə harada oynaması mənim üçün önəmli deyil. 0-1 hesabı ilə geri düşdükdən sonra hücumameylli oyunçunu meydana buraxdım. Bu nəticə ilə heç kim razı ola bilməz, nə mən, nə də azarkeşlər. Sabit çıxış etmirik, Kamran, Rafael və Nikola zədəlidir. Gənc futbolçulara şans verməli olduq. Nəticə qazanmaq üçün səbr etmək lazımdır. Əvəzetmədən oyuna daxil olan Leonardonun oyunu məni qane etmədiyi üçün onu əvəzlədim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43