Milli komanda

Azərbaycan – Almaniya oyununa nə qədər bilet satılıb?

DÇ-2018-nın seçmə mərhələsi çərçivəsində martın 26-ı keçiriləcək Azərbaycan – Almaniya oyununda anşlaq gözlənilir.

İdmanxeber.com-un məlumatına  görə, oyuna cəmi 3 min bilet qalıb.

Qeyd edək ki, biletləri 28 Mall Ticarət Mərkəzi, Park Bulvar Ticarət Mərkəzi, Bakcell Sahil Müştəri Xidmətləri, Bakcell Arena və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və onlayn www.tickets.affa.az saytından əldə etmək olar.

Əlavə edək ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunu 32 minə yaxın tamaşaçı tutumuna malikdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43