05 Fevral 2025
Kateqoriyasız

Azərbaycan çempionatında növbəti BİABIRÇILIQ

Azərbaycan birinci divizionunda 14-cü turun bir oyunu yarımçıq dayandırılıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Ağsu” – “Lokomotiv” matçının ikinci hissəsi oynanılmayıb.

Buna qonaq komandanın fasilədən sonra meydana çıxmaması səbəb olub. “Lokomotiv” futbolçularının ikinci hissədə meydana çıxmamalarının səbəbi məlum deyil. Oyunla bağlı yekun qərar İntizam Komitəsinin iclasında veriləcək.

Qeyd edək ki, “Ağsu” – “Lokomotiv” matçının ilk hissəsi 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43