Azərbaycan Birinci divizionunun sonuncu turu çərçivəsində keçirilən “Mil-Muğan” – “Turan-T” qarşılaşmasında saxtakarlıq yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, birincilər 1990-cı il doğumlu Orxan Məhərrəmlinin ad, soyad və təvəllüdünü dəyişərək, 1993-cü il doğumlu Fərid İbrahimli ad və soyadı ilə oynadırmış.
İmişli klubu bundan öncəki turlarda “Göyəzən” və “Rəvan”la matçlarda da eyni saxtakarlıqa əl atıb. Məlum saxtakarlığın qrubanı olan “Rəvan” klubu məsələyə biganə qalmayıb. “Aslanlar”ın məşqçisi Müşviq Qənbərov saytımıza açıqlamasında İK-in ədalətli qərar çıxaracağına ümid etdiyini bildirib:
“Mil-Muğan”la oyunda baş verən saxtakarlıqa görə inanıram ki, Peşəkar Futbol Liqası yüz faiz peşəkarlığı qoruyaraq ədalətli qərar çıxaracağına inanıram”.