“Çempionatın ilk turları həmişə çətin olur. Bizdə yeni oyunçular çoxdu. Bir az uyğunlaşma problemi var. Bu həllini tapdıqdan sonra biz istədiyimiz nəticələri qazana bilərik. İki oyunda bir xal belə qazana bilməməyimiz və hələ ki, çempionatda qol vura bilməməyimiz bilmirəm nə ilə bağlıdı. Ancaq səhvlərimiz olub. Onların üzərində işləyib qarşıdakı turlarda maksimum gücümüzü ortaya qoymalıyıq”.
Bu sözləri idmanxeber.com-a Xuan Manuel Varea deyib.
Paytaxt klubunun 27 yaşlı argentinalı hücumçusu qarşıdakı “Bakı” ilə oyunun çox gərgin keçəcəyini bildirib:
“Biz bu turda “Bakı” ilə qarşılaşacağıq. Ağır oyun olacaq. Çünki heç bir komandanın xalı yoxdu və onlarda qələbə qazanmaq üçün meydana çıxacaqlar. Hər şeyə rəğmən biz istəyirik bütün gücümüzü ortaya qoyub yeni mövsümdə ilk 3 xalımızı qazanmaq niyyətindəyik”.