İdman

Azərbaycan – Çexiya matçının hakimləri bəlli oldu

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Çexiya oyununun hakimləri açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Fransa Futbol Federasiyasından Benoit Millot idarə edəcək. Ona Julyen Paseli və Bertran Juannu köməklik edəcək. Dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya görüşü oktyabrın 5-i saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43