Bu gün futzal üzrə Avropa çempionatının finalında Azərbaycan millisi Belqradda növbəti matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, komandamızın rəqibi Çexiya yığması olacaq. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək oyunda baş hakim Sloveniyadan Admir Zahoviç və ona köməkçi Avstriyadan Cerald Bernfeynd olacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk görüşündə İtaliyaya 0:3 hesabı ilə məğlub olub.