Azərbaycan milli komandasının cüdoçusu Rüstəm Orucov növbəti medalını qazanıb.
İdmanxeber.com-un məlumatına görə, 24 yaşlı idmançı Portuqaliyanın “Sportinq” klubunun heyətində Avstriyanın paytaxtı Vyanada Qızıl Liqa turnirinin bürünc medalına sahib olub.
Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında “Sportinq” əvvəlcə Rusiyanın “Dinamo Alanya” kollektivini məğlub edib – 4:1. Növbəti görüşündə Portuqaliya təmsilçisi Gürcüstanın “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə isə ev sahiblərinə – “Galaxy Tigers Vienna”ya 4:1 hesabı ilə qalib gələn Rüstəm Orucovun komandası bürünc medala yiyələnib.