Kateqoriyasız

“Azərbaycan da bizim millətdir, əgər onlara köməyim dəyə bilərsə, niyə də olmasın” – Müsahibə

Almaniyanın 3-cü liqasında çıxış edən “Duysburq”un türkiyəli futbolçusu Gökan Ləkəsiz “Simurq”la keçirdikləri yoxlama görüşündən (“Dusburq” – “Simurq” 1:4) sonra idmanxeber.com saytının Antalyaya ezam olunmuş muxbirinin suallarını cavablandırıb:

– Oyunla bağlı fikirləriniz…

“Simurq” yaxşı oynadı bizə qarşı, birinci hissədə biraz çətin oldu. Amma qol vurduqdan sonra daha yaxşı oynadıq və qələbə qazandıq.

– “Simurq” klubu barədə düşüncələriniz nədir?

Yaxşı komandadır. Amma bizdə qaydalar daha yaxşıdır bəlkə ondan qələbə qazana bildik.

– Fikrinizcə “Simurq”un heyətində daha yaxşı futbolçu kim idi?

Birinci hissədə 6 nömrəli futbolçu(red.Zərgərov Samir) daha yaxşı təsir bağışladı fikirimcə, amma bir şey var ki, qazanmaq üçün kollektiv şəkildə mübarizə aparmaq lazımdır. Biz komanda şəkilində mübarizə apardığımız üçün daha güclü idik.

– Azərbaycan klublarından sizə təklif gələrsə, cavabınız nə olacaq?

Azərbaycanda tanıdığım klub yoxdur, amma təklif gələrsə düşünərəm.

-Almaniya ikinci liqasında forma geyən Azərbaycan millisinin üzvü Dimitri Nazarovu tanıyırsızmı?

Sadəcə adını eşitmişəm amma belə tanışlığım yoxdur.

– Sizin Türkiyə milli komandasına dəvət almağınız biraz çətindir. Əgər Azərbaycan millisindən sizə təklif gələrsə, razılaşarsınızmı?

Təklif gələrsə o haqda düşünərəm. İndi bu haqda danışmaq çətindir, Azərbaycan da bizim millətdir, əgər onlara köməyim dəyə bilərsə, niyə də olmasın.

Səxavət QURBANOV_ Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43