19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində bu gün son oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, komandamız saat 19:30-da Finlandiya yığması ilə qarşılaşacaq.
Artıq oyunu idarə edəcək hakimlərin adları da açıqlanıb:
Baş hakim: Rebekka Welç (İngiltərə)
Baş hakimin köməkçiləri: Helen Byörn (İngiltərə), Jozefin Aronsson (İsveç)
Dördüncü hakim: Tess Olofsson (İsveç)