Dünən Azərbaycan Birinci divizionun 8-ci turu çərçivəsində “Şahdağ” “Araz Naxçıvan” matçında maraqlı hadisə baş verib.
Qarşılaşmanın 83-cü dəqiqəsində qonaq komandanın 2-ci qolundan sonra meydan sahiblərinin bütün oyunçuları baş hakim Rəhim Həsənova öz etirazını bildiriblər.
Bu zaman baş hakim “Şahdağ”ın futbolçusu Yusif Yusifzadə qırmızı vərəqə ilə cəzalandırıb. Hakimin bu qərarına etiraz edən baş məşqçi Kamran Əlibabayev komandasının meydanı tərk etməsini istəyib. Lakin komandanın prezidenti Ərastun Niftiyev komandanı meydana qaytararaq oyuna davam etməsini tələb edib.