“Dünənki oyunda əlimizdən gəıləni edib 3 xal qazanmaq istəyirdik. Ancaq pis də alınmadı. Məncə “Neftçi” ilə oyunda bir xal da pis nəticə deyil. “Neftçi”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Biz qarşıdakı “Bakı” ilə oyuna da ciddi hazırlaşmalıyıq”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Nurlan Novruzov deyib.
Komanda yoldaşlarının Götze adı verdiyi Novruzov dünənki oyunda hər iki komandanın 2 xal itirdiyini deyib:
“Hər iki komanda dünənki oyunda 2 xal itirdi. “Neftçi”nin yaxşı qol imkanları oldu. Bizim də 3-4 real qol vurmaq üçün imkanlarımız oldu. Ancaq bunlardan yararlana bilmədik. Bizim əsas məqsədimiz rəqibi əks hücumlarda tutub cəzalandırmaq idi. Lakin bir neçə real imkanlarımız olsa da bunları boşa verdik. Məncə hər iki komanda 2 xal itirdi”.