27 Noyabr 2024
İdman

Azərbaycan İslamiadada ilk qızıl medalını qazandı

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

İdmanxeber.com-un məlumatına görə, kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında idmançımız Ruslan Lunyov birinci olub. Bununla da təmsilçimiz İslamiadada Azərbaycana ilk qızıl medalı qazandırıb. Kişilərin 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının qalibi adını isə  türkiyəli Ömər Akgün qazanıb.

O, Bakıdakı İslamiadanın ilk qalibi kimi tarixə düşüb. Azərbaycan yığması da ilk medalını atıcılıqda qazanıb. Ruslan Lunyov hamıdan dəqiq olub. Bununla da təmsilçimiz qızıl medala yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43