İdman

Azərbaycan – İspaniya matçının hakimləri açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsinin III turunun təyinatları açıqlanıb. 
İdmanxeber.com-un məlumatına görə, millimizin İspaniya ilə sabah keçiriləcək görüşünün də hakimləri bəlli olub.

Matçın 1-ci hakimi rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim funksiyasını sloveniyalı Admir Zahoviç yerinə yetirəcək. İtaliyalı Alessandro Malfer 3-cü hakim olacaq. 

Qeyd edək ki, Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43