İdman

Azərbaycan kubokunda finalçılar bəlli oldu – YENİLƏNİB

Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, bugünkü oyunlardan sonra finalçılar müəyyənləşəcək.

Günün ilk qarşılaşması “Sumqayıt” və “Keşlə” klubları arasında olacaq. Cari mövsümdə baxımlı futbol sərgiləyən Samir Abbasovun komandası ilk görüşdə “Keşlə”yə udzsa da, (0:1) bu matçın favoriti sayılır.

İstənilən hesablı heç-heçə belə “Keşlə”nin finala vəsiqə qazanmasına səbəb ola bilər.

Digər görüşdə isə “Neftçi” “Qəbələ”ni sınağa çəkəcək. Səfərdə qələbə qazanan paytaxt təmsilçisi bu oyunda uduzmamaqla finala vəsiqəni təmin edəcək.

Robert Qriqorçukun kollektivi isə mütləq şəkildə qələbə qazanmalıdı.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları


18 aprel

17:00. “Sumqayıt” – “Keşlə” – 1:1 
Qollar:
 Meza Kolli, 62 (0:1), Cavid İmamverdiyev, 64 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov 
“Kapital Bank Arena”
İlk oyun – 0:1

20:00. “Neftçi” – “Qəbələ” – 1:3 
Qol:
 Soni Mustivar, 10, Baqali Dabo, 20 (1:1), 30 (1:2), Cavid Hüseynov, 61-pen. (1:3) 
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev 
Bakı. “Bakcell Arena”
İlk oyun – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43