Jurnalistlər «Komanda»nın sorğusunda «İlin məşqçisi»ni seçdi
«Komanda» fəaliyyətə başladığı müddətdən bəri ənənəvi olaraq hər il keçirdiyi «İlin məşqçisi» və «İlin futbolçusu» nominasiyasında bu il dəyişiklik etmək qərarına gəldi. Dəyişikliyin hansı zərurətdən yarandığı barədə oxuculara məlumat vermişdik. Düşünürük ki, bunu vurğulamağa bir daha ehtiyac var. Hələ ötən mövsüm Azərbaycanda ilin futbolçusunu müəyyənləşdirərkən çətinliklə üzləşmişdik. Nominantlar sırasına daxil etmək üçün 10 futbolçu tapmaq müşkülə çevrilmişdi. Nəticədə mövsüm ərzində heç nəylə yadda qalmayan futbolçuların da adlarını namizədlər siyahısına salmalı olmuşduq. Bu mövsüm də ötən ilkindən fərqlənmədi. Yerli futbolçular bütün il ərzində itib-batdılar. Nə Azərbaycan çempionatında, nə avrokuboklarda, nə də millinin heyətində özünü göstərməyi bacaran futbolçu olmadı. «Rubin»də çıxış edən Ruslan Abışov komandasının ehtiyat oyunçular skamyasını qızdırmaqla məşğul oldu. Avrokuboklarda yalnız “Qarabağ” müəyyən uğur əldə etdi. Amma “köhlən atlar”ın bu uğurunda legionerlər daha çox paya sahib oldular. Bütün bunları nəzərə alaraq, “Komanda” bu il “İlin futbolçusu” nominasiyasında seçim xatirinə seçim etmək istəmədi. Qərara gəldik ki, həmkarlarımıza yalnız ilin məşqçisini seçməyi həvalə edək. Sual oluna bilər ki, ilin futbolçusu seçilmirsə, ilin məşqçisi niyə seçilir. Məşqçilərin işi futbolçuların fəaliyyətindən fərqlənir. Böyükağa Hacıyev legionerlərin çoxluq təşkil etdiyi komanda ilə çempion olubsa, amma bu çempionluqda yerli futbolçular fərqlənməyibsə, bu, Hacıyevin yox, futbolçuların günahıdı. Hacıyevin çalışdırdığı komanda nəticə qazanıb. Amma legionerlərin hesabına. Yerlilərin fərqlənə bilməməsi Hacıyevin haqqının yeyilməsi üçün amil sayıla bilməz. O, namizədlər sırasında olmalıdı. Eləcə də Qurban Qurbanov haqda eyni sözləri deyə bilərik. Yayda avrokuboklarda azarkeşlərin ürəyinə su səpən Qurbanovun komandası idi. Azarkeş üçün Avropada qazanılan uğurda kimin payının çox olması önəmli deyil. İstər bu Reynaldo olsun, istərsə də Vüqar Nadirov. Amma bir məqam var: o komandanı meydana çıxaran Qurban Qurbanov idi. Vəssalam. Fikrimizi izah edə bildik yəqin.
İndi isə gələk seçimə. «İlin məşqçisi»ni müəyyənləşdirmək üçün həmkarlarımız dörd məşqçinin arasından seçim etməliydilər. Bu il sorğuda 42 mətbuat orqanını təmsil edən 51 jurnalist iştirak etdi. Həmkarlarımızın seçimi demək olar ki, yekdil oldu. 51 jurnalistdən 48-i Qurban Qurbanova səs verdi. Bir nəfər Berti Foqtsu, bir nəfər Böyükağa Hacıyevi fərqləndirdi, bir nəfər isə ümumiyyətlə heç kimə səs vermək istəmədiyini bildirdi. «İnter»in baş məşqçisi Kaxaber Tsxadadzeyə isə səs verən olmadı.
Qeyd edək ki, Qurban Qurbanov «Komanda»nın 5-ci dəfə keçirdiyi sorğuda 4-cü dəfə qalib oldu. «Qarabağ»ın baş məşqçisi yalnız ötən il estafeti Böyükağa Hacıyevə vermişdi.
Kim kimə səs verib?
Qəzetlər
İlqar Tağıyev (Het-trik news) – Qurban Qurbanov
İlkin Vaqifoğlu (Sport favorit) – Qurban Qurbanov
Mahir Rüstəmli (Futbol+) – Qurban Qurbanov
Ürfan Məmmədli (Çempion) – Qurban Qurbanov
Kamran Hacı (İdman) – Qurban Qurbanov
İlham Quliyev (Kaspi) – Qurban Qurbanov
Rövşən Binnətli (Baku Post) – Qurban Qurbanov
Zaur Xudiyev (Gündəlik Teleqraf) – Qurban Qurbanov
TV
Elnur Məmmədli (İdman Azərbaycan) – Qurban Qurbanov
Elman Himayətoğlu (İTV) – Qurban Qurbanov
İlkin Fikrətoğlu (ATV) – Qurban Qurbanov
Tural Xudiyev (Space) – Qurban Qurbanov
Xəyal Azəroğlu (ANS) – Berti Foqts
Ceyhun Rzayev (Xəzər TV) – Qurban Qurbanov
Pərviz Musayev (Lider TV) – Qurban Qurbanov
Saytlar
Saleh Arslan (Korner.az) – Qurban Qurbanov
Əli Sahib (Fanat.az) – Qurban Qurbanov
Rüfət Nadirli (Sportarena.az) – Qurban Qurbanov
Vüsal Mahmudov (Futbolinfo.az) – Qurban Qurbanov
Elnur Əşrəfoğlu (Olimpiya.az) – Qurban Qurbanov
Anar Xanlarov (Rekord.az) – Qurban Qurbanov
Şahin Oğuz (Sportal.az) – Qurban Qurbanov
Elşən Məmmədov (Lent.az) – Qurban Qurbanov
Rüstəm Piriyev (Millifutbol.az) – Qurban Qurbanov
Səxavət Qurbanov (İdmanxeber.com) – Qurban Qurbanov
Aydın Bağırov (Qol.az) – Qurban Qurbanov
Elgiz Abbasov (Futbol11.az) – Qurban Qurbanov
Vüsal Bəbirli (Stadium.az) – Qurban Qurbanov
Əli Həyati (Futbolmedia.az) – Qurban Qurbanov
İlkin Vidadioğlu (Sportmedia.az) – Qurban Qurbanov
İxtiyar Əsgərov (Apasport.az) – Qurban Qurbanov
Vüqar Zeynalov (Azerisport.az) – Böyükağa Hacıyev
Erkin İbrahimov (Azerifootball.com) – heç kimə səs verməyib
Səyavuş Əliyev (Sportnews.az) – Qurban Qurbanov
İlqar Vəliyev (Axar.az) – Qurban Qurbanov
Elmir Əliyev (1news.az) – Qurban Qurbanov
Mirələm Həsənli (Sportlife.az) – Qurban Qurbanov
Emil Hüseynli (Trend.az) – Qurban Qurbanov
Niyazi Niftəliyev (Azadinform.az) – Qurban Qurbanov
Famil Cəfərli (Virtualaz.org) – Qurban Qurbanov
Aygün İlqarqızı (Publika.az) – Qurban Qurbanov
Komanda
Rəşad Ergün (Komanda) – Qurban Qurbanov
Natiq Muxtarlı (Komanda) – Qurban Qurbanov
Pərviz Hikmət (Komanda) – Qurban Qurbanov
Kənan Məstəliyev (Komanda) – Qurban Qurbanov
Heybət Məmmədov (Komanda) – Qurban Qurbanov
Ceyhun Məmmədov (Komanda) – Qurban Qurbanov
Coşqun Eldaroğlu (Komanda) – Qurban Qurbanov
Davud Nəsirov (Komanda) – Qurban Qurbanov
Ayna Məmmədova (Komanda) – Qurban Qurbanov
Rəsul Şükürsoy (Komanda) – Qurban Qurbanov