Milli komanda

Azərbaycan milli komandasının baş məşqçisi istefa verdi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Mirbağır İsayev istefa verib.

İdmanxeber.com-un məlumatına görə, İsayevin istefasına milli komandanın  Bakıda keçirilən Avropa çempionatının elit-raund mərhələsində acınacaqlı çıxışı səbəb olub. 

Qeyd edək ki, Azərbaycan millisi qrupa keçirdiyi hər üç oyunda uduzub, rəqib qapısına bir qol vura bilməyib, öz qapısından isə 11 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43