İdman

Azərbaycan millisi üçün 7 rəqib

İyunun 12-28-də Azərbaycanda keçiriləcək daha bir idman növü üzrə bütün iştirakçıların adlarına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, voleybol və basketbolun ardınca çimərlik futbolu yarışlarına qatılacaq “səkkizlik” də müəyyənləşib.

Belə ki, Azərbaycan millisinin ev sahibi kimi iştirak edəcəyi Oyunlarda digər komandalar Avropa Liqasının oyunlarının nəticəsinə əsasən dəqiqləşib. A divizionunun (Superfinal) oyunlarında ilk 6 yer tutan komanda, həmçinin B divizionunun (Promotional final) qalibi Bakı-2015-ə lisenziya qazanıb.

İspaniyada təşkil olunan yarışda mükafatlara sahib olan Rusiya, meydan sahibləri və Portuqaliya ilə yanaşı, İsveçrə, İtaliya və Ukrayna da ölkəmizə bilet sifariş verib. Onlardan əlavə, aşağı dəstədə çempionluq sevinci yaşayan Macarıstan da Avropa Oyunlarda iştirakını rəsmiləşdirib.

Macarıstanın qalibi olduğu yarışda isə Azərbaycan üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, bu oyunlar iyunun 24-28-də tikintisi davam edən Çimərlik Arenasında keçirəcək. Arena Bayraq Meydanı obyektlər qrupunda yerləşən və Avropa Oyunları üçün inşa edilən müvəqqəti idman obyektidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43