23 Dekabr 2024
Kateqoriyasız

“Azərbaycan millisində gözəl başa düşürlər ki, yerli oyunçularla heç nəyə nail ola bilməzlər”

Futzal üzrə Ukrayna yığmasının baş məşqçisi Aleksandr Kosenko əcnəbi oyunçuların milliləşdirilməsindən danışarkən Azərbaycan və Qazaxıstan yığmalarına da toxunub:

“Dünya çempionatının seçmə mərhələsi çərçivəsində qrup birincisi olan yeddi komanda arasında ancaq Ukrayna yığmasında braziliyalı futzalçı yoxdu. Hətta çoxmilyonlu Rusiya yığması da braziliyalılarsız ötüşə bilmir.

Belə olan halda İtaliya və Portuqaliya yığmasında bu cür halların yaşanmasını başa düşmək olar. Yaxud da Azərbaycan və Qazaxıstan yığmalarını götürək. Onlar gözəl başa düşürlər ki, yalnız yerli oyunçularla heç nəyə nail ola bilməzlər. Amma biz əksini göstərdik. Bizim öz istedadlarımız var.

Bilirəm ki, braziliyalıların oyunlarla bağlı ilk sualı belə olur: Məbləğ nə qədərdi? Başa düşürəm ki, hər bir işin qarşılığı ödənməlidi, lakin yığmanın oyunçusu həmçinin vətənpərvər olmalıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43