Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyada yarmarka açıb.
İdmanxeber.com-un məlumatına görə, yığmamızın çalışdırıcısı bu yarmarkaya xeyli miqdarda pul yatırıb. Ona bu işdə millimizin məşqçisi Yanko Yankoviç də kömək edib.
Xorvatiyalı mütəxəssis həmçinin “Padel” idman mərkəzinin açılışında iştirak edib. Hansı ki, bu mərkəzə də öz investisya qoyub.