Kateqoriyasız

Azərbaycan millisinin keçmiş üzvü Suriyada öldürülüb

Azərbaycan Güləş Federasiyası Suriyada azərbaycanlı güləşçinin öldürülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Federasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun Bayramovdur.
Bayramov əvvəllər yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub. O, respublikada keçirilən yarışlarda yer qazansa da, Avropa çempionatlarında ümumiyyətlə iştirak etməyib. C. Bayramov təxminən bir-iki il əvvəl yığmadan ayrılıb.
Federasiyanın mətbuat xidmətindən C. Bayramovun Azərbaycan yığmasının üzvü olduğu zaman saqqal saxlamadığını deyiblər.
Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludu. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.
Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadı. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib. 
Mücahidlər C. bayramovun fotosunu da yayıblar.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43