19 Sentyabr 2024
Kateqoriyasız

Azərbaycan – Norveç matçını canlı izləmək istəyənlərin nəzərinə

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-ı, 8-ci km qəsəbə stadionunda  keçiriləcək Azərbaycan – Norveç oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, biletləri 8-ci km qəsəbə stadionunun və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, həmçinin Üzeyir Hacıbəyli küç.48 (metronun Sahil stansiyasının yaxınlığı) ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-dir.

Qeyd edək ki, Azərbaycan – Norveç matçı noyabrın 16-ı, saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43