21 Fevral 2024
Milli komanda

Azərbaycan – Norveç oyununu iki kanal canlı yayımlayacaq

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Norveç oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq oyunu ölkəmizdə İctimai TV canlı yayımla azarkeşlərə təqdim edəcək. Bundan başqa sözügedən matç Rusiyanın SPORT kanalının da canlı yayımında olacaq.

21:00. Azərbaycan – Norveç – İctimai TV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43