19 Fevral 2025
Kateqoriyasız

Azərbaycan – Özbəkistan matçının biletləri satışa çıxarıldı

Avqustun 20-də “Bakcell Arena”da Azərbaycan və Özbəkistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.  

Idmanxeber.com-un məlumatına görə, biletləri “Bakcell Arena”nın kassalarında əldə etmək mümkündür. Saat 21:00-da başlayacaq qarşılamanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-dir.

Qeyd edək ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43