Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, baş tutacaq iki matçın birini azarkeşlər televiziya vasitəsi ilə canlı izləyə biləcəklər.
Günün erkən baş tutacaq oyunu – “Bakı” – “Qəbələ” oyunu İdman Azərbaycan kanalı vasitəsi ilə azarkeşlərə canlı nümayiş etdiriləcək.
Turun qapanış matçı Zaqatalada baş tutacaq. “Simurq” – “Xəzər Lənkəran” qarşılaşmasını azarkeşlər “Simurq TV” vasitəsi ilə izləyə biləcəklər.
Sonda onu da qeyd edək ki, hər iki oyunun canlı yayım linki syatımızda yerləşdiriləcək.