Azərbaycan Premyer Liqasının 22-ci turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi qarşılaşması “Qarabağ” – “Simurq” oyunu Ramil Diniyevə tapşırılıb.
15 fevral (bazar)
“İnter” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov
“İnter Arena”, 17:00
“Sumqayıt” – AZAL
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov
“Kapital Bank Arena”, 16:00
“Qarabağ” – “Simurq”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
Tofiq Bəhrəmov adına Respublika stadionu, 18:00
“Qəbələ” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu, 18:00